"Sabah"ın paraqvaylı hücumçusu Xulio Sezar Rodriqez Offsideplus.az-a müsahibə verib.
Julio karantin rejimi dövrünü necə keçirməsi, Azərbaycandakı yaşam tərzi və futbol barədə danışıb.
- Koronavirus pandemiyasına görə tətbiq olunan karantin dövründə zehni və fiziki cəhətdən necə dayandınız?
- Bu heç də asan olmadı. Gündəlik fəaliyyətin məhdudlaşdırılması, hər gün futbol oynamaq və məşq etməkdən məhrum olduğunu bilmək çətin idi. Komanda yoldaşlarımla görüşmək, onlarla məşq etmək üçün çox darıxmışdım.
- Bu müddət ərzində hansı təlim proqramı və ya günlük rutini həyata keçirdiniz və bu sizi qane etdimi?
- İstifadə etdiyimiz təlim proqramı, demək olar ki, digər klublardakı kimi idi. Hər həftədə bir dəfə "Zoom" vasitəsi ilə görüntülü məşq planımız var idi. Qaçmaq imkanımız varsa,qaçmağa məcbur olduğumuz günlər də oldu.
- Karantin zamanı ən çox sevdiyiniz məşğuliyyət nə oldu?
- Meydanda məşq edə bilmədiyim və komanda yoldaşlarımla görüşə bilmədiyim üçün sevimli fəaliyyətim olmadı. "Netflix"i izləməkdən başqa çarəm yox idi.
- Futboldan başqa ən çox nə üçün darıxdın?
- Futboldan əlavə, ailəmə baş çəkmək imkanımı da itirdim. Azərbaycanda olduğu kimi Cənubi Amerikada bu gün Covid-19 məsələsinə görə vəziyyət gərgindir.
- Azərbaycanda yaşamaq barədə təəssüratınız necədir?
- Təhlükəsizlik vacibdir. Yaşamaq və işləmək üçün çox etibarlı ölkədir.
- Bakı çəhəri gözləntilərinizə uyğun oldumu? Gözəllik və xalqın münasibəti baxımından?
- Həmişə deyirəm ki, buraya gəldiyimdən bəri hər şeyi bəyəndim: şəhəri, insanları, münasibətlərini. Burda sənə özünü çox yaxşı hiss etdirirlər.
- Premyer Liqadakı rəqabət səviyyəsi barədə nə düşünürsən?
- Çox yaxşı olduğunu düşünürəm. Avropa Liqasına və ya Çempionlar Liqasına getmək şansına sahib olmaq hər şeyi mükəmməl edir.
- Burada ən çox sevdiyiniz komanda yoldaşı kimdir və niyə?
- Mənim üçün bütün komanda yoldaşlarım favoritdir, çünki hamımız xoşladığımız bir şeyi paylaşırıq. Hamımızın komanda və klub adından yaxşı nəticə əldə etmək xəyalımız var.