UEFA Çempionlar Liqası 2019-20 mövsümü avqustun 7-dən etibarən qaldığı yerdən davam edəcək.

Offsideplus.az xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsində qalan görüşlər keçiriləcək. "Barselona" - "Napoli" görüşünün "Camp Nou" stadionunda keçirilib-keçirilməməsinə dair son qərar 2 həftə ərzində veriləcək.

Final görüşü 23 avqusta təyin edildi və keçiriləcəyi şəhər İstabuldan Lissabona dəyişdirildi. Ümumiyyətlə 12 və 23 avqust aralığında 1/4 final mərhələsindən başlayaraq finala gedən yolda da bütün görüşlər məhz Lissabonda keçiriləcək.

Həm 1/4, həm də yarımfinal mərhələləri 1 oyundan ibarət olacaq.

Çempionlar Liqasının təqvimi

İlkin mərhələ: 8 avqust və 11 avqust

1-ci təsnifat mərhələsi: 18/19 avqust

2-ci təsnifat mərhələsi: 25/26 avqust

3-cü təsnifat mərhələsi: 15/16 sentyabr

Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr