"İnter"in keçmiş idman direktoru Marko Branka maraqlı açıqlama ilə diqqətləri cəlb edib.
Offsideplus.az xəbər verir ki, "Libero"ya müsahibə verən Milan təmsilçisinin sabiq üzvü 2008-ci ildə Lionel Messini komandaya gətirnək istədiklərini bildirib:
"Leonun 21 yaşı olanda transfer etmək üçün hər şeyi etdik. Argentinalı "Barselona"dan ayrılmaq istəmədi. Klubuna qarşı çox minnətdardır. Pul hər zaman hər şey deyil. Messi bütün klubların xəyalıdır, amma o, "Barselona"dan ayrılmayacaq".