Yay transfer dönəmində "Qarabağ" yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Offsideplus.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi pleymeyker mövqeyinə futbolçu axtarışındadır. "Köhlən atlılar" Avropada çıxış edən "10 nömrə" kimi oynamaq bacarığı olan oyunçu transfer etmək istəyir.

Ağdam təmsilçisi 350 min dollara kimi dəyəri olan futbolçunu heyətinə qatacaq.

Qeyd edək ki, "Qarabağ" bu transferlə Dani Kintanadan sonra boş qalan mövqenin doldurmuş olacaq.