“Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərinin müalicəsi evində davam etdiriləcək.
Xəstəxanadan çıxarkən açıqlama verən Cengiz özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.