İtaliyanın "Roma" klubu türkiyəli futbolçusu Cengiz Ünderlə bağlı qərarını verib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 22 yalı futbolçusu ilə yolları ayıracaq. Növbəti mövsüm "canavarlar"ın heyətində dının olmayacağı yazılan Ünderin satışa çıxarılacağı bildirilir.
Gənc futbolçu ilə Avropanın "Arsenal", "Tottenhem, "Napoli" və "Milan" kimi klubları maraqlanır.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm "Roma" forması ilə A Seriyada çıxdığı 15 oyunda 3 dəfə rəqib qapılarına yol tapıb.