"Arsenal"a keçidi gözlənilən "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey Premyer Liqanın digər təmsilçisi "Liverpul"un maraq dairəsinə düşüb.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" Madrid klubu ilə danışıqlara başlayıblar. İspanların "Liverpul"dan tələbi transferin qarşılığında yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlaynın əks düşərgəyə yollanması olub. Bu isə "Liverpul"un baş məşqçisi Yurgen Klopp təklifi rədd edib.
Qeyd edək ki, Tomas Partey bu mövsüm "Atletiko"da 35, Çamberlayn isə "Liverpul"da 34 oyunda iştirak edib.