Almaniya Bundesliqasında mövsümün qalan turlarının təqvimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mayın 16-da bərpa ediləcək çempionatda XXVI turun oyunları 3 günü əhatə edəcək.
Almaniya Bundesliqası
XXVI tur
16 may
17:30. "Auqsburq" - "Volfsburq"
17:30. "Borussiya" D. - "Şalke"
17:30. "Fortuna" - "Paderborn"
17:30. "Hoffenhaym" - "Herta"
17:30. "Leypsiq" - "Frayburq"
20:30. "Ayntraxt" - "Borussiya" M.
17 may
17:30. "Köln" - "Mayns"
20:00. "Yunion Berlin" - "Bavariya"
18 may
22:30. "Verder" - "Bayer"
Təqvimə əsasən, XXVII turdan sonrakı bütün turlarda qarşılaşmalar bir gün ərzində keçiriləcək. Mayın 23-də XXVII, 27-də XXVIII, 30-da XXIX, iyunun 6-da XXX, 13-də XXXI, 17-də XXXII, 20-də XXXIII, 27-də isə XXXIV - sonuncu turun matçları oynanılacaq.
Qeyd edək ki, 25 turdan sonra "Bavariya" 55 xalla turnir cədvəlinə başçılıq edir.