Azərbaycan Şahmat Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılığı ilə keçirilən internet üzərindən superblits üzrə I Azərbaycan Kubokunun qalibinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "İdman TV"də yayımlanan və 17 turdan ibarət olan yarışın qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü, Avropa çempionu Eltac Səfərli 14 xal toplamaqla hamını qabaqlayıb. Qadınlar arasında ən yaxşı nəticə göstərən altı şahmatçı - Gövhər Beydullayeva (30-cu yer; 9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) pul mükafatı qazanıb.
Mükafata layiq görülən ilk 14 yerin sahibini sizə təqdim edirik:
1. Eltac Səfərli 14 xal
2. Rauf Məmmədov 13,5
3. Qədir Hüseynov 13,5
4. Nicat Abbasov 13
5. Aydın Süleymanlı 11,5
6. Ülvi Sadıqlı 11,5
7. Vüqar Rəsulov 11,5
8. Nail Bəşirli 11,5
9. Vüqar Əsədli 11,5
10. Misrətdin İsgəndərov 11
Qalib 3 min manat qazanıb. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edib.
11. Məhəmməd Muradlı 10,5
12. Namiq Quliyev 10,5
13. Abdulla Qədimbəyli 10,5
14. Zaur Bayramov 10,5