Belçika çempionatının qalan oyunları keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, COVİD-19 epidmeiyası səbəbindən dayandırılan yarış vaxtından əvvəl yekunlaşdırılacaq.
Belçika Milli Təhlükəsizlik Şurası ölkədə peşəkar futbol yarışlarının iyulun 31-dək keçirilməsini qadağan edib. Bu isə yüksək liqa və ölkə kubokunun dayandırılması deməkdir. Son qərar mayın 15-də veriləcək.
Həmin gün isə “Brügge” klubunun çempionluğunun rəsmiləşəcəyi, həmçinin növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarının açıqlanacağı gözlənilir.