West Ham klubu ev oyunlarını keçirdiyi London stadionunu almaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun vitse prezidenti Karren Breydi bildirib. Olimpiya Stadionu da adlandırılan arenanı hazırda West Ham klubu uzunmüddətli müqavilə ilə icarəyə götürüb. İngiltərə təmsilçisi güzəştli şərtlərlə stadion üçün illik təxminən 3,4 milyon avro ödəyir.
Klubun vitse prezidenti şərtlər razılşadırılandan sonra stadionu satın almaq istədiklərini bildirib: “Düşünürəm ki, bu arenanın inkişaf etdirilməyə ehtiyacı var. 60 min tutumu olan stadionda futbolla yanaşı, müxtəlif konsertlər və reqbi oyunları da keçirilə bilər. Şərtlərdə razılaşma əldə etsək, stadionu almaq istəyirik”.
Qeyd edək ki, 6 may 2012-ci ildə istifadəyə verilən stadion 2012-ci il London Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib.(Report)