"Mançester Siti"nin üzvü İlkay Gündoğan 2 seçim arasında qalıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı karyerasını Türkiyədə davam etdirə bilər. "Qalatasaray" yarımmüdafiəçiyə həftəlik 150 min sterlinq maaş və 2 illik müqavilə təklif edir.

"The Sun" nəşrinin məlumatına görə, Pep Qvardiola Gündoğanın məşqçilər heyətində olmasını istəyir.

Qeyd edək ki, almaniyalı bu mövsüm 26 qarşılaşmada meydana çıxıb. Bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.