"Mançester Siti" sabiq futbolçusu Benjamen Mendiyə təzminat ödəyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

Mendi keçmiş klubuna qarşı qaldırdığı məhkəmə iddiasını qazanıb. Beləliklə məhkəmə son çempionu 11 milyon funt-sterlinq məbləğində təzminat haqqı ödəməyə mükəlləf edib.

Qeyd edək ki, sözügedən oyunçu 2017-2023-cü illərdə "Mançester Siti"nin uğurları üçün çalışıb.