Vataru Endo "Liverpul"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 3 ingilis klubu maraqlanır. Söhbət "Fulhem", "Vulverhempton", "İpsviç"dən gedir.
Məlumatı "Caught Offside" yayıb. İnformasiyaya görə, "Liverpul" oyunçunu 15-20 milyona satmaq niyyətindədir.
Qeyd edək ki, Vatarunun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.