"Arsenal" Mikel Arteta ilə bağlı qərarını verdi.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu ispan baş məşqçi ilə yoluna davam edəcək. Bu barədə "Athletic" nəşri məlumat yayıb. 

Çalışdırıcı ilə müqavilənin 2027-ci ilə qədər uzadılacağı bildirilib.

Qeyd edək ki, Arteta 2019/2020 mövsümünün ortasından komandanın "sükanı arxası"na keçib. Mütəxəssis "Arsenal" ilə ilk iki mövsümündə 8-ci olub. 2021/22 mövsümünü 5-ci sırada başa vurub. Son iki mövsümdə isə liqanı "Mançester Siti"nin ardınca 2-ci pillədə başa vurub.