"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İlkay Gündoğanın komandaya qayıtması ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Gündoğanın transferinin sürpriz olduğunu bildirən Qvardiola, "Mənə zəng edib qayıtma şansının olub olmadığını soruşdu. Biz də dərhal qəbul etdik" deyib.
Qvardiola, 33 yaşlı futbolçunun təqaüdə qayıtmaq və ya keçmiş xatirələrini xatırlamaq məqsədilə komandaya qoşulmadığını, əksinə gələcəkdə yeni xatirələr yaratmaq üçün gəldiyini vurğulayıb. "İlkay oynamaq istədiyimiz sistemdə bizə alternativlər təklif edir. Onun vaxta ehtiyacı yoxdur. Beynəlxalq icazə alınarsa, "İpsviç Taun" ilə oynamağa hazırdır" deyən Qvardiola, Gündoğanın ötən mövsüm "Barselona"da yaxşı çıxış etdiyini də qeyd edib.
İlkay Gündoğan, 2016-2023-cü illərdə "Mançester Siti"də oynadıqdan sonra ötən mövsüm "Barselona"ya transfer olunub.