"Mançester Yunayted" şok itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni transferi Leni Yoro sıradan çıxıb.
Müdafiəçinin sol ayağındakı metatars sümüyü sınıb. Bu səbəbdən də 18 yaşlı futbolçu 3 ay yaşıl meydandalardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Yunayted" "Lill"ə futbolçunun keçidi üçün 60 milyon avrodan çox pul ödəyib.