"Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində 4 klub maraqlıdır.
Belə ki, futbolçunun meneceri bu gün "Arsenal", "Tottenhem" rəsmiləri ilə görüşəcək.
Bundan başqa, "Mançester Yunayted", "Aston Villa" da Barışı yaxından izləyənlər arasındadır.
Onun Super Liqa klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Barış ötən mövsüm 55 matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.