Julian Alvaresin qiyməti bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti" forvardı 75-80 milyon avroya satmaq niyyətindədir. Bu məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Argentinalı ilə "Atletiko" yaxından maraqlanır. Madrid təmsilçisi hücumçuya Moratanın əvəzləyicisi olaraq düşünür.

Qeyd edək ki, Alvares ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 matçda meydana çıxıb. Forvard bu görüşlərdə 19 qol vurub, 13 ötürmə edib. 24 yaşlı oyunçunun "şəhərlilər"lə 2028-ci ilə qədər müqaviləsi var.