"Lill"in müdafiəçisi Leni Yoro karyerasını İngiltərədə davam etdirəcək.
Offsideplus.az "The "Athletic"ə istinadən xəbər verir ki, fransız futbolçu tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib.
Bu transfer "qırmızı-şeytanlar"a 62 milyon avroya başa gəlib.
Xatırladaq ki, Yoronun adı "Real"la hallanırdı. Hətta müdafiəçi özü də Madrid klubuna keçmək istəyirdi, lakin tərəflər maliyyə məsələlərində razılaşa bilməyiblər.