"Mançester Siti" "Əl-Nəsr"in Edersonla bağlı təklifini geri çevirib.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər maliyyə məsələlərində razılaşa bilməyiblər.

Qeyd olunur ki, Səudiyyə klubu 25 milyon avro təklif etsə də, Premyer Liqa klubu 40 milyon avro tələb edir.

Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Qolkiper ümumulikdə 332 oyun keçirib, 257 qol buraxıb və 155 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubla 2026-cı ilin yayına qədər müqaviləsi var.