Ukrayna millisinin və "Jirona"nın futbolçusu Viktor Tsqankov karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır.

"Mankunianlar" məsələ ilə bağlı futbolçunun agenti ilə əlaqə saxlayıblar.

Premyer Liqa klubunun baş məşqçisi Erik ten Haq ukraynalının komandaya keçməsində maraqlıdır.

Yarımmüdafiəçi ötən mövsüm 34 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.