İngiltərənin "Arsenal" klubu qışda heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Mirror"a istinadla xəbər verir ki, "topçular" "Brentford"un hücumçusu İvan Toneyi sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, "Arsenal" forvard üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Toneylə "Çelsi" də yaxından maraqlanır.