"Fənərbağça" klubu “Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantaranı transfer etmək üçün hərəkətə keçib.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, ispaniyalı futbolçunun “Liverpul”la bir il daha müqaviləsinin olmasına baxmayaraq, onun İngiltərə nəhəngindən ayrılmaq istədiyi iddia edilir.

Məlumata görə, Alkantara sosial media hesabındakı biroqrafiyasında “Liverpul”da oynadığına dair məlumatı silib. İddia edilir ki, “Fənərbağça”nın təklifi futbolçunun diqqətini cəlb edib.