"Çelsi" "Portu"nun qapıçısı Dioqo Kosta ilə maraqlanır.
Offsideplus.az "A Bola"ya istinadən xəbər verir ki, London klubu 23 yaşlı qolkiperlə müqavilə imzalamaqda maraqlıdır. "Portu" onun üçün 75 milyon avro tələb edir - bu məbləğ futbolçunun müqaviləsində təzminat kimi göstərilib.
"Zadəganlar" 75 milyon avronu üç ödəniş formasına bölməklə "Porto"nun tələblərini yerinə yetirməyə hazırdır. Dərhal 25 milyon avro ödəməyə hazırdırlar, daha sonra iki ödəniş də edilə bilər. Belə olan halda londonlular maliyyə qaydalarını pozmayacaqlar.
Keçən yay PSJ Vitinyo üçün oxşar ödəniş formulunu Portuqaliya klubu ilə müzakirə etməyə çalışdı, lakin rədd edildi. "Portu" qarşı tərəfdən 40 milyon avro tələb etdi və Paris klubu sonda bu istəyi yerinə yetirməyə getdi.
"Çelsi" Kostanı Avropanın ən yaxşı qapıçılarından biri hesab edir və onun keyfiyyətlərinin ona Premyer Liqanın ən yaxşılarından birinə çevrilməsinə imkan verəcəyinə inanır.
Daha əvvəl portuqaliyalı ilə "Mançester Yunayted"dən maraqlandığı haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, ötən mövsüm Dioqo "Porto"nun heyətində bütün yarışlarda 41 oyuna çıxıb. O, bu oyunların 20-sində qapını toxunulmaz saxlaya bilibsə, digər matçlarda isə 30 qol buraxıb.
Fəqan İbrahimli