İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, London təmsilçisi, "Mançester Siti"nin sağ cinah müdafiəçisi Joao Kanselo ilə maraqlanır.

"Topçular" 29 yaşlı portuqaliyalı ilə danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, Kanselo son olaraq icarə əsasında "Bavariya"da çıxış edib.