"Tottenhem" "İnter"də çıxış edən Arturo Vidalı transfer etmək niyyətindədir.

 Offsideplus.az "La Tercera"ya istinadən xəbər verir ki, London klubu 34 yaşlı çilili yarımmüdafiəçi üçün hərəkətə keçib. Adıçəkilən futbolçu özü də Premyer Liqada oynamağa müsbət baxır.

Qeyd edək ki, Vidal bu mövsüm Milan klubuyla 24 matçda 2 qol və 4 məhsuldar ötürmə edib.