İngiltərənin "Vest Hem" klubu "Beşiktaş"ın futbolçusu Vinsent Abubakarı sıralarına qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "çəkicdöyənlər" hələ qış transfer pəncərəsi dönəmində 29 yaşlı hücumçunu transfer etmək istəyirdi.

Kamerunlu forvardın cari mövsümün sonunda "qara qartallar"la müqaviləsi bitəcək.

Qeyd edək ki, Abubakar Super Liqada çıxdığı 25 oyunda 15 qolla yadda qalıb.