İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem" "Kristal Palas"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, oyunun 23-cü dəqiqəsində Harri Keyn Hın Min Sonun ötürməsini qola çevirərək hesabı açıb. Lakin 81-ci dəqiqədə ev sahibləri bərabərlik qolunu vurmağı bacarıb və görüş heç-heçə ilə başa çatıb: 1:1.

Qeyd edək ki, "Tottenhem"in hazırda aktivində 25 xal var. Hazırda "Fulhem"ə 1:0 uduzan "Liverpul" 24 xalla ikinci yerdədir.

Oyunun icmalını təqdim edirik:

"Kristal Palas" - "Tottenhem" 1:1 (C.Şlapp, 81. - H.Keyn, 23.)