"Arsenal"ın keçmiş kapitanı Toni Adams Premyer Liqa mövsümü keçirilməyəcəyi təqdirdə çempionluq titulu ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Toni Adams "Liverpul"un çempion edilməsi ilə razılaşmadığını da bildirib:

“Mövsümün bitəcəyini düşünmürəm. Hər şeyin həll olunacağına ümid edirəm və buna görə də davam etmək mümkün olacaq. Mən spekulyasiya etmək fikrində deyiləm. Ancaq tələsib qərar verilməsinə də razı deyiləm. Bu gün nələr edə biləcəyimizdən danışsaq, "Liverpul"un çempion elan edilə biləcəyini düşünmək olar. Bəs sonuncu 3 klubu necə müəyyənləşdirəcəyik? Çempionat bitməyib, bu gün yaşayırıq. Gələcəkdə nə olacağını görməli və gələcəkdən məlumatlı şəkildə qərarlar verməliyik. AVRO-2020 ləğv olunarsa, bu müddətdə mövsüm keçirilə bilər. Bu mənim düşüncəmdir, bəlkə başqa cür gedişat olacaq”.

Qeyd edək ki, 29 matçdan sonra 82 xal toplayan "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.