“Mançester Yunayted” qış “transfer pəncərəsi” bağlanana qədər zədəli Markus Reşfordu əvəzləyəcək hücumçu axtarışına çıxıb.
Offsideplus.az “Sky Sports” xəbər verir ki, mançesterlilər “Şanxay Şenxua” klubundan Odion İqalo və “Lester”dən İslam Slimanini icarəyə götürmək istəyir. Xatırladaq ki, cari mövsüm İqalo Çin çempionatında 17 oyuna 10 qol vurub.
İcarə əsasında “Monako”da çıxış edən Slimani isə Fransa çempionatında 13 oyunda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.