İngiltərə Premyer Liqasının 15–ci turunda “Börnli” – “Mançester Siti” oyunundan sonra təşkil olnunan mətbuat konfrasında qonaqların baş məşqçisi Pep Qvardiola "Bavariya"nı xatırlayıb.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, komandadan ayrılacağı gözlənilən Rodri barədə danışan ispan mütəxəssis “Mançester Siti” əvəzinə “Bavariya” klubunun adını çəkib: “Rodri həmişə bizə kömək edir, düşünürəm ki, “Bavariya”.... , daha doğrusu, “Mançester Siti” onu almaqla düzgün hərəkət edib. “Bavariya” nə idi? Mən nə düşündüyümü bilmirəm”(gülür).
Xatırladaq ki, Pep Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nı çalışdırıb. Daha sonra isə "Mançester Siti"nin sükanı arxasına keçib.