İngiltərənin “Çelsi” klubu cəzalandırıla bilər.
Offsideplus.az xəbər verir ki, Fransa mətbuatı London təmsilçisinin FİFA-nın 18 yaşadək futbolçuların transferində qoyduğu qaydaları pozduğunu iddia edib.
Xəbərdə “Çelsi”nin 2013/2014 mövsümündən bəri heyətinə qatdığı 19 futbolçu arasında 16-18 yaşlı oyunçuların olması və bunun da FİFA-nın qaydalarına zidd olduğu bildirilib.
Xüsusilə də, “zadəganlar"ın etdiyi 14 transferdə birbaşa problemin olduğu deyilir. Yayılan iddialar təsdiqini tapsa, London klubu 2 illik transfer qadağası ilə üz-üzə qalacaq.