İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançestir Siti” “Nyukasl”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Pep Qvardiolanın komandası oyuna fəal başlayıb və 14-cü dəqiqədə Niko Oreyli hesabı açıb. Lakin qonaqların cavabı gecikməyib. 22-ci dəqiqədə Lyuis Holl dəqiq zərbə ilə hesabı bərabərləşdirib – 1:1.
“Şəhərlilər” yenidən irəli atılaraq 27-ci dəqiqədə Niko Oreylinin vurduğu ikinci qolla üstünlüyü ələ keçiriblər. Matçın qalan vaxtında hesab dəyişməyib və meydan sahibləri vacib üç xalı aktivlərinə yazdırıblar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində fevralın 24-də “Nyukasl Yunayted” – “Qarabağ”la qarşılaşacaq. Oyun İngiltərədə, “St James Park” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


