"Mançester Yunayted" 2 futbolçusunu satmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qış “transfer pəncərəsi” zamanı Markos Roxo və Erik Bayi satmaq fikrindədir. Hər iki oyunçu heyətə düşməkdə çətinlik çəkir.
Roxo cari mövsümdə meydana çıxmayıb. Bayi is' yalnız 6 dəfə şans qazanıb.
Bu oyunçuların satışından əldə olunacaq vəsait yeni transferə xərclənəcək. "Mançester Yunayted" "Tottenhem"dən Tobi Alderveyreld və ya "İnter"dən Milan Şkrinyarı almaq istəyir.