"Benfika"nın və Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçünün nümayəndələri "Zenit"in futbolçu ilə maraqlanması ilə bağlı yayılan məlumatlara cavab verib.
Offsideplus.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
"Orkunla bir çox ciddi komandalar maraqlanır. “Zenit”in marağına gəlincə, heç kim bizimlə əlaqə saxlamayıb. Rəsmi təklif yoxdur".
Kökcü 2023-cü ilin yayında "Feyenoord"dan "Benfika"ya keçib. Onun müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Bu mövsüm 23 yaşlı mərkəz yarımmüdafiəçisi bütün turnirlərdə 40 oyun keçirib, 5 qol vurub, 11 məhsuldar ötürmə edib və 11 sarı vərəqə alıb.