“Atletik” heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Bilbao təmsilçisi “Braqa”nın hücumçusu Alvaro Calonu alıb. 24 yaşlı ispaniyalı ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna yayda qoşulacaq.

“Atletik” Calo üçün “Braqa”ya 15 milyon avro ödəyəcək. Anlaşmada daha 5 milyon avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, Alvaro Avropa Liqasının pley-offunda “Qarabağ”la Bakıdakı qarşılaşmada qol vurub. O, mövsümün 38 matçında 14 qol və 3 assistə imza atıb.

1709471562 calo 101709473942 copy