"Bu, vacib bir qol idi. Çünki komandaya kömək edə bildim. Çox güclü və çox yaxşı təşkil olunmuş komanda ilə oyunda yenidən qalib gəlməyi bacardıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Şer N'dour Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri (2:1) oyundan sonra deyib:

"İndi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Biz hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək”.