“Selta” klubu baş məşqçisi Oskar Qarsiya ilə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl “Uotford”, “Sent Etyen” və “Olimpiakos”u çalışdıran Qarsiya 2019-cu ilin noyabrında “Selta”ya baş məşqçi təyin olunub.