UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son qeydiyyat tarixini elan edib.
Offsideplus.az xəbər verir ki, növbəti mövsümdə avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son tarix 6 oktyabr müəyyən edilib. UEFA bütün milli assosiasiyaları yay transfer pəncərəsi dövrünü oktyabrın 5-də başa çatdırmağa çağırıb.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Keşlə”, “Neftçi” və “Sumqayıt” təmsil edəcək.