Çinin Vuhan şəhərində yaranan və dünyaya yayılan koronavirus pandemiyası səbəbindən yüz minlərlə insan həyatını itirib.

 Offsideplus.az xəbər verir ki, insanları evdə qalmaq məcburiyyətində buraxan virusa Çində yarasa da daxil müxtəlif heyvanların yeyilməsi səbəb göstərilir. Bu barədə fikir bildirənlərdən biri də "Beşiktaş"ın kapitanı Burak Yılmaz olub.

"Qalatasaray"dan Çin klubuna transfer edilən futbolçu 1 il orda yaşayıb. Türk oyunçu Çin mətbəxi ilə tanış olanda şok keçirdiyini etiraf edib: "Çində nələr yeyilir, nələr. Çox qəribə qidalar qəbul edirlər. Mənə maraqlı gəldiyi üçün bir gün bazara getdim. Bazarda gördüklərimdən sonra şoka düşmüşdüm. Oradan elə xəstəliklərin çıxması çox normaldır. Çində yaşamış biri olaraq ordan dünyaya hələ çox virusun yayılacağını düşünürəm. Çünki yediklərinin sərhəddi yoxdur. Xüsusi restoranları var, məsələn it restoranı. İt onların yediklərinin yanında yaxşı bir şey sayılır. Ancaq onlar elə görüb, elə yaşayırlar. Onların mədəniyyətləri budur".

Burak Yılmazın Çin barədə açıqlamaları həm Çində, həm də dünyada manşetlərə çıxarılıb. Çində türk futbolçunun fikirləri sərt qarşılanıb.