"Ertsgebirge Aue"nin üzvü Dmitri Nazarov maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü sosial şəbəkələrə girmədiyini açıqlayıb. "Bild" nəşrinə açıqlama verən yarımmüdafiəçi koronavirus pandemiyası dövründə də internet aləmindən uzaqdır:

"Həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Boş işlər görmək mənim işim deyil. Bir qədər köhnə məktəbdənəm. Boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".