Beynəlxalq Şahmat Federasiyası (FİDE) azərbaycanlı qrossmeyster Teymur Rəcəbova jest edib.
Offsideplus.az xəbər verir ki, qurumun prezidenti Arkadi Dvorkoviç şahmatçımıza 2022-ci ildə keçirilməsi planlaşdırılan Namizədlər Turnirində iştirak etmək hüququ verib.
Xatırladaq ki, Teymur Rəcəbov Rusiyanın Yekatirnburq şəhərində keçirilən turnirə qatılmaqdan imtina etmişdi. O, buna səbəb kimi koronavirus pandemiyasının sürətlə artmasını göstərmişdi. FİDE rəhbərliyi isə Rəcəbova buna görə sözügedən turnirdə növbəti dəfə iştirak etmək hüququ verməyəcəyini bildirmişdi.
Bunun ardınca isə sosial şəbəkələrdə bir çox məşhur qrossmeysterlər və şahmatsevərlər Rəcəbova dəstək olmuşdu.