"Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycan millisinə dəvət alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, “Elcomercio” nəşrinə müsahibə verən 35 yaşlı yarımmüdafiəçi “Sizə milliləşdirməyi və Azərbaycan yığmasında oynamağı təklif ediblərmi?” sualını belə cavablandırıb: “Xeyr. Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb. "Sportinq"ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram".

Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir.