UEFA-nın Çempionlar Liqası (ÇL) ilə bağlı təklif edəcəyi daha bir variant bəlli olub.
Offsideplus.az xəbər verir ki, 1/4 finaldan etibarən bütün matçların İstanbulda keçirilməsini planlaşdırır.
Avqustda və ya sentyabrın əvvəlində ÇL matçlarının baş tutmasını hədəfləyən UEFA 1/4 və yarımfinalın 1 oyundan ibarət olmasını istəyir. Hətta bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) ilə müzakirələr də aparılır.
Aprelin 23-ündə üzv federasiyalarla baş tutacaq videomüşavirədə bu variant da müzakirə olunacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşmasının "Atatürk Olimpiya" stadionunda keçirilməsi planlaşdırılır. Daha əvvəl isə Türkiyədə koronavirus pandemiyasına yoluxanların sayı artdığına görə finalın İstanbuldan alınacağı deyilirdi.