“Ayaks” klubu futbolçusu Rayan Qravenberxin müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Koronavirusa görə ləğv olunan Niderland Erediviziyasında “Ayaks”la 9 oyunda iştirak edən Qravenberx 2 qol vurub.