İngiltərənin "Çelsi" klubu daha bir transferini reallaşdırır.

Offsideplus.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" Bundesliqa təmsilçisi "Leypsiq"dən Timo Verneri heyətinə qatır. Artıq London klubu 24 yaşlı hücumçunun 60 milyon avroluq sərbəst qalma məbləğini aktiv etməyə hazırlaşır.

Sözügedən futbolçu "Çelsi" ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2016-cı ildən "Leypsiq"də çıxış edən forvardla "Liverpul" da yaxından maraqlanırdı.