"Qəbələ"nin sabiq üzvü Seyv Bultuis Azərbaycana pula görə gəldiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "De Telegraaf" nəşrinə açıqlama verən niderlandlı müdafiəçi əyalət təmsilçisinə keçidi barəsində danışıb.
30 yaşlı futbolçu həmin vaxt karyeranı yox, pulu düşündüyünü etiraf edib:
"2017-ci ilin yanvarında İsveçrənin "Sürix" və Azərbaycanın "Qəbələ" klublarından təklif almışdım. Bu klub mənə 2 qat maaş təklif etdi. Seçim qarşısında qaldım: pul, yoxsa idman? Sonda pulu seçdim. Heyətdə əcnəbi futbolçular çox idi. Baş məşqçi legionerə əsasən hücum xəttində üstünlük verirdi. Oynamaq şansım az idi. Bu isə idman baxımından az məna kəsb edirdi. Bəzən inəkləri meydandan qovmalı olurduq".
Qeyd edək ki, Deyv Bultuis hazırda Cənubi Koreyanın "Ulsan Hundai" komandasında çıxış edir.