Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"un məşhur futbolçusu Cerdan Şaqirini sıralarına qatmaq niyyətindədir.

"Cimbom" son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu olaraq UEFA Çempionlar Liqasında iştirak etmək hüququ əldə edib. Klubun bu mövsüm də çempion olacağı təqdirdə bu transferi həyata keçirməkdə israrlı olduğu bildirilir.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin 28 yaşlı yarımmüdafiəçini transfer etmək üçün rəhbərliyə müraciət etdiyi yazılır.

Klub hazırda qiyməti 16 milyon avro olan isveçrəli futbolçunu satın alma bəndi də daxil olmaqla icarəyə götürəcək.

Qeyd edək ki, təcrübəli oyunçu 2018-ci ildə "Stok Siti"dən "Liverpul"a transfer edilib.