Voleybol üzrə Avropa çempionatlarının loqoları təqdim olunub.

Offsideplus.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə baş tutacaq kişilər və qadınlar arasında yarışların rəmzlərini nümayiş etdirib.

Kişilər Polşa, Çexiya, Estoniya və Finlandiyada qüvvəsini sınayacaq. Azərbaycan milisinin birbaşa final mərhələsinə qatılacağı qadınların yarışı isə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq.

Tarixdə ilk dəfə çempionatlar 8 ölkədə təşkil olunacaq. 4 ölkə kişilərin, 4 ölkə qadınların yarışına ev sahibliyi edəcək.